...

İran 2017-ci ilədək iki yeni peyk buraxacaq

Telekommunikasiya Materials 19 Fevral 2013 16:43 (UTC +04:00)
İran 2017-ci ilədək iki yeni peyk buraxacaq. Trend "Mehr News"a istinadən xəbər verir ki, bunu İran Kosmik Agentliyinin direktoru Həmid Fazili bəyan edib.
İran 2017-ci ilədək iki yeni peyk buraxacaq

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbirlər E.Tariverdiyeva, F.Milad/

İran 2017-ci ilədək iki yeni peyk buraxacaq. Trend "Mehr News"a istinadən xəbər verir ki, bunu İran Kosmik Agentliyinin direktoru Həmid Fazili bəyan edib.

O qeyd edib ki, "İranSat-I" peyki 2016-cı ildə, "İranSat-II" isə 2017-ci ildə orbitə buraxılacaq.

Fazilinin sözlərinə görə, "Qaem" adlanan peyk yaxın 10 ildə beynəlxalq peyklərdən çıxarılan İran telekanallarının yayımının bərpası məqsədilə buraxılacaq.

İran dövlətinin maliyyələşdirdiyi "Press TV" kanalı qısa müddətə "Galaxy 19" peykindən çıxarılmışdı ki, bu da şirkəti Birləşmiş Ştatlar və Kanadadan baxılmaq üçün öz verilişlərinin yayım tezliyini dəyişməyə məcbur etmişdi.

İran kanalları Fransa və İspaniya peyklərindən də çıxarılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti