...

Azərbaycanda IMEI kodların qeydiyyatı sistemi mayın birindən işə salınacaq (ƏLAVƏ OLUNUB)

Telekommunikasiya Materials 15 Mart 2013 11:38 (UTC +04:00)
Azərbaycanda mobil telefonların IMEI kodların qeydiyyatı sistemi mayın birindən işə salınacaq. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.

Təfərrüatlar əlavə olunub (Birinci xəbər saat 10.56-da yayılıb)

Azərbaycan, Bakı, 15 mart / Trend, müxbir H.Vəliyev/

Azərbaycanda mobil telefonların IMEI kodların qeydiyyatı sistemi mayın birindən işə salınacaq. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.

Azərbaycanın mobil rabitə operatorları martın birindən IMEI kodların informasiya bazasının yaradılmasına başlayıblar.

Qeydiyyat sistemi işə salındıqdan sonra şəxsi istifadə üçün ölkəyə gətirilən cihaz 30 gün ərzində (Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində) qeydiyyata alınmalıdır.

Bu qayda mobil telefonlarına rouminqdə xidmət göstərilən Azərbaycana gələn turistlərə və qonaqlara aid edilmir.

Azərbaycanda yaradılacaq qeydiyyat sistemi beynəlxalq GSM assosiasiyasının "vahid qlobal qara siyahısı"na daxil ediləcək ki, bu da mobil telefonların oğurlanması ilə beynəlxalq səviyyədə mübarizə aparmağa imkan verəcək.

Sistem mobil rabitə operatorlarının avadanlıqlarının qoşulduğu Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya-Hesablama Mərkəzində (İHM) yerləşəcək.

Mərkəzi bazalar habelə Dövlət Gömrük Komitəsində və Naxçıvan Muxtar Respublikasında da yaradılacaq. Sistemin proqramı yerli mütəxəssislər tərəfindən hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti