...

"Nar Mobile" rouminq tariflərini 60 faiz endirdi

Telekommunikasiya Materials 15 May 2013 17:16 (UTC +04:00)
Müasir dünyada gündəlik həyatı mobil rabitəsiz təsəvvür etmək çətindir. Belə ki, insanlar hətta səyahət etdikləri zaman mobil telefonları vasitəsilə sərbəst şəkildə danışmağı və internetə qoşulmağı arzulayır.
"Nar Mobile" rouminq tariflərini 60 faiz endirdi

Azərbaycan, Bakı, 15 may /Trend/

Müasir dünyada gündəlik həyatı mobil rabitəsiz təsəvvür etmək çətindir. Belə ki, insanlar hətta səyahət etdikləri zaman mobil telefonları vasitəsilə sərbəst şəkildə danışmağı və internetə qoşulmağı arzulayır. Məhz buna görə də abunəçilərinin rahatlığını düşünən "Nar Mobile" mobil operatoru rouminq tariflərini 60 faiz endirib.

Yeni rominq tariflərinə uyğun olaraq, abunəçilərin rahatlığı üçün dünya ölkələri 5 coğrafi zonaya bölünərək "1 zona - 1 qiymət" hesablama sistemi təqdim olunub. Bununla da müəyyən zona çərçivəsində abunəçinin seçdiyi mobil operatordan asılı olmayaraq sabit qiymətlə ünsiyyətdə olmaq imkanı yaranıb.

Bununla yanaşı, "Nar Mobile"ın yeni rouminq tariflərinə uyğun olaraq, abunəçilər aşağıdakı yeniliklərdən bəhrələnə biləcəklər:

- sabit bağlantı, avtomatik mobil operatorun seçimi və yüksək keyfiyyət;
- ölkədə və regionda eyni qiymət haqqında dərhal və pulsuz məlumat almaq imkanı;
- sadələşmiş tarif modeli;
- artıq öncədən ödəniş tariflərinin abunəçiləri rouminq xidmətini aktivləşdirmək üçün Müştəri Xidmətləri mərkəzlərinə müraciət etməli deyil. Rouminqi aktivləşdirmək üçün *777#100#yes yığmaq kifayətdir;

"Azerfon" şirkətinin baş direktoru Kent Maknili qeyd edib: "Müasir zamanda abunəçilərimiz kifayət qədər tez-tez səhayətə çıxırlar və biz xaricdə olduqları zaman onların mobil rabitə ehtiyaclarını təmin etməyi önəmli hesab edirik. Ümüdvarıq ki, yeni rouminq təklifimiz səyahətə çıxmış abunəçilərimiz üçün əlaqəni daha asan, daha sürətli və daha sərfəli edəcək".

Yeni rouminq tarifləri haqqında əlavə məlumatı Nar Mobile-ın internet səhifəsinsən əldə etmək olar: http://www.narmobile.az/az/roaming/InternationalRoaming/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti