Azərbaycan, Bakı, 27 may /Trend, müxbir H.Vəliyev/
"Azərpoçt" MMC "Visa International" beynəlxalq ödəniş sisteminə qoşulub. Bu barədə bazar ertəsi Trend-ə MMC-dən deyiblər.
MMC-dən bildiriblər ki, bu, "DəmirBank" ilə əməkdaşlıq sayəsində mümkün olub. Bu amil "Visa" plastik kart sahiblərinə vəsaitləri nağdlaşdırmağa, mal və xidmətlərin ödənişini MMC-nin bankomatları və POS-terminalları vasitəsilə həyata keçirməyə imkan verib: "Azərpoçt"un "Visa International"ın üzvləri sırasına daxil olması üzrə danışıqlar davam edir".
Üzvlük barədə razılıq "Azərpoçt"a bu sistemin beynəlxalq ödəniş kartlarının emissiyasına başlamağa imkan verəcək.