...

"Azericard" kreditlərin onlayn ödənişi sistemini tətbiq edib

Telekommunikasiya Materials 28 İyun 2013 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir H.Vəliyev/

"Bank Silk Way" "AzeriCard" prosessinq mərkəzi ilə birgə öz müştərilərinə kredit borclarını ATM, bankın və mərkəzin rəsmi səhifəsi vasitəsilə onlayn ödəmək imkanı yaradan "Cari hesaba mədaxil" xidmətini təqdim edib. Bu barədə Trend cümə günü "Azericard"ın saytına istinadən məlumat verir.

Bunun üçün internet vasitəsilə www.banksilkway.az "Kreditin onlayn ödənişi" və ya www.azericard.com "Onlayn ödəmə" səhifəsinə daxil olub hesab və şəxsiyyət vəsiqəsinin nömrəsini daxil etmək tələb olunur (seriyanın yalnız rəqəm hissəsini).

Növbəti səhifələrdə ödəniləcək məbləği (3000 manatdan çox olmamalı), kredit kart məlumatlarını və təhlükəsizlik kodunu qeyd etmək lazımdır. İstifadəçi sorğunun yerinə yetirilməsi barədə məlumatlandırılır. Cari hesaba vəsaiti köçürəndən sonra hesaba bağlı kredit uzrə borc müəyyən edilib kredit cədvəlinə uyğun silinəcək, kredit borcu avtomatik olaraq cari hesabdan ödəniləcək.

Plastik kart üzrə kredit borcunun onlayn ödənilməsi üçün həmin karta bağlı cari hesab nömrəsini (daxil edilməsi vacib olan) Bank Silk Way-də dəqiqləşdirmək lazımdır. Kart nömrəsi bu əməliyyatın aparılması üçün istifadə olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti