...

"Nar Mobile" yeni layihəyə start verir

Telekommunikasiya Materials 10 Sentyabr 2013 13:06 (UTC +04:00)
Hər zaman KİV nümayəndələri ilə ünsiyyətə böyük önəm verən və jurnalistlərin bilavasitə iştirak etdikləri müxtəlif tədbirlərə öz dəstəyini əsirgəməyən "Nar Mobile" mobil operatoru Multimedia İnformasiya Mərkəzi ilə birlikdə “İnformasiya cəmiyyətinin jurnalisti” proqramı çərçivəsində “Onlayn medianın inkişafına dəstək” layihəsinə start verib.
"Nar Mobile"  yeni layihəyə start verir

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Hər zaman KİV nümayəndələri ilə ünsiyyətə böyük önəm verən və jurnalistlərin bilavasitə iştirak etdikləri müxtəlif tədbirlərə öz dəstəyini əsirgəməyən "Nar Mobile" mobil operatoru Multimedia İnformasiya Mərkəzi ilə birlikdə "İnformasiya cəmiyyətinin jurnalisti" proqramı çərçivəsində "Onlayn medianın inkişafına dəstək" layihəsinə start verib.

Layihənin əsas məqsədi ölkədə onlayn media infrastrukturunun inkişafına dəstək vermək, onlayn media sahəsində çalışan kadrların peşakarlığının artırılmasına yardım etmək və informasiya axınını keyfiyyət və kəmiyyət baxımından yaxşılaşdırmaqdan ibarətdir.

İnternet və mobil texnologiyaların gündəlik həyatımıza təsirinin əhəmiyyətini yaxşı dərk edən Nar Mobile bu sahədə, eləcə də informasiya cəmiyyətinin quruculuğu və elektron hökumət məsələləri ilə bağlı sistemli şəkildə yazan peşəkar jurnalistlər şəbəkəsinin inkişaf etdirilməsinə nail olmaq üçün onlayn media sahəsində çalışanların peşəkarlığının artırılmasına xüsusi önəm verir.

Layihə çərçivəsində İKT və media sahəsində çalışan peşəkar mütəxəssislərin yaxın köməyilə həftəlik təlimlərin təşkil edilməsi və Onlayn media müsabiqəsinin keçirilməsi nəzərdə tutulmuşdur.

Onlayn media müsabiqəsinin qaliblərinə və Twitter mikrobloqunda keçiriləcək "Ən yaxşı xalq jurnalisti" yarışmasında fərqlənənlərə qiymətli hədiyyələr və diplomlar təqdim ediləcəkdir.

"Nar Mobile" və Multimedia İnformasiya Mərkəzi tərəfindən gerçəkləşdirilən layihə Rabitə və informasiya texnologiyaları nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti