...

“Azercell” son nailiyyətlərini mətbuat nümayəndələri ilə bölüşüb (FOTO)

Telekommunikasiya Materials 20 Sentyabr 2013 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend /

Şəbəkənin daim təkmilləşdirilməsi və ən son texnologiyaların tətbiqi Azercell şirkətinin hər zaman prioritet istiqaməti olub. Bu yay ərzində "Azercell" müştəriləri üçün bir sıra yeniliklər, müxtəlif kampaniya və layihələr təqdim edib.

Şirkətdən Trend-ə daxil olan məlumatda bildirilir ki, son yenilikləri ve layihələri bir daha nümayiş və müzakirə etmək məqsədilə şirkət növbəti dəfə mətbuat nümayəndələri ilə görüş keçirdi. Xüsusilə, bir neçə gün əvvəl Azercell-in bölgələrdə olan müştəriləri üçün başladığı unikal "Bölgə" tarifi təqdim olundu.

Yeni tarifi seçən abunəçilər rayonlarda 1 dəqiqəsi 5 qəpik, Bakı və Abşeronda isə 1 dəqiqəsi 10 qəpik tarifi ilə danışacaqlar. Beləliklə, şəbəkədaxili danışıqlar üçün abunəçilər 35-50%, şəbəkəxarici zənglərdə isə 50-65 faiz endirim qazanırlar. Bu tarif Azercell-in 2012-ci ilin mart ayında başladığı ve cari il ərzində bölgələr üçün yay kampaniyaları ilə davam etdirdiyi regionlarda mobil rabitənin inkişaf etdirilməsi strategiyasının tərkib hissəsidir. Bununla bərabər, bölgələrdə bu tarif çərçivəsində edilən şəbəkədaxili zənglər 3-cü dəqiqədən sonra pulsuzdur.

Beləliklə 40 dəqiqə danışıq üçün müştəri 15 qəpik ödəyəcək.

Jurnalistlərə, həmçinin, SimSim ve Fakturalı xətt abunəçiləri üçün vahid ödəmə kartının tətbiqi haqqında da ətraflı məlumat verildi. Azercell, bu il həm də, ölkənin mobil operatorları arasında mobil elektron imza xidməti - Asan imza sistemini tətbiq edən ilk operator oldu.

Azercell-in Azerbaycan Respublikası Təhsil Nazirliyi ilə bərabər keçirdiyi son layihə isə diqqət ve qayğıya xüsusi ehtiyacı olan uşaqlara məktəb çantası və ləvazimatlarının paylanılması olub. Yeni dərs ilinin başlanğıcı ilə əlaqədar həyata keçirilən sosial layihə çərçivəsində Bakı və regionlar da daxil olmaqla, Quba, Mingəçevir, Lənkəran, Şüvəlan, Mərdəkan, Qaradağ, Sumqayıt, Maştağa, Buzovna, Bilgəh, Pirşağı, Türkan və Suraxanıda yerləşən 19 internat məktəbinin 4 000 nəfər şagirdi üçün dərs ləvazimatları ilə dolu məktəbli çantaları təqdim edilib.
Azercell mobil rabitə sahəsində ən qabaqcıl texnologiyaları tətbiq etməyə və ictimaiyyət nümayəndələri ilə öz təcrübəsini bölüşməyə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti