...

Azərbaycanda Yüksək Texnologiyalar Parkının inşa ediləcəyi yer müəyyənləşib

Telekommunikasiya Materials 14 Oktyabr 2013 14:55 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkı ("YT Park") Bakının Pirallahı rayonunda inşa ediləcək.
Azərbaycanda Yüksək Texnologiyalar Parkının inşa ediləcəyi yer müəyyənləşib

Azərbaycan, Bakı, 14 oktyabr/Trend, müxbir H. Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkı ("YT Park") Bakının Pirallahı rayonunda inşa ediləcək. Belə ki, bunun üçün Pirallahı rayonunda 50 hektar torpaq sahəsi ayrılıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi RİTN-nin yaydığı xəbərdə deyilir.

Hazırda parkın formalaşdırılması, zəruri infrastrukturun qurulması, beynəlxalq təcrübənin öyrənilməsi və digər təşkilati məsələlərin həlli istiqamətində işlər aparılır. Eyni zamanda "YT Park" MMC dövlət qeydiyyatına alınıb və Cəmiyyətin Nizamnaməsi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilib, eləcə də potensial xarici investor və şirkətlərlə görüşlər keçirilib.

Qeyd edək ki, "YT Park" respublika Prezidentinin 5 noyabr 2012-ci il tarixli fərmanı ilə yaradılıb. Yüksək Texnologiyalar Parkı informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.

"YT Park"ın məqsədi və səmərəsinə gəlincə, parkın fəaliyyətə başlaması ilə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələri genişləndiriləcək, elmi tədqiqatlar aparılması və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslərin yaradılması təmin ediləcək. Park iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasında da əhəmiyyətli rol oynayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti