...

Azərbaycanda mobil nömrələrin daşınması xidmətindən istifadə 2014-cü ilin yanvarında mümkün olacaq

Telekommunikasiya Materials 3 Dekabr 2013 12:43 (UTC +04:00)
Azərbaycanda mobil rabitə operatorlarının şəbəkələrində mobil nömrələrin daşınması xidməti yanvarın ilk günlərində əlçatan olacaq.
Azərbaycanda mobil nömrələrin daşınması xidmətindən istifadə 2014-cü ilin yanvarında mümkün olacaq

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda mobil rabitə operatorlarının şəbəkələrində mobil nömrələrin daşınması xidməti yanvarın ilk günlərində əlçatan olacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, artıq mobil rabitə operatorları bu xidmətin işə salınmasına hazır olduqlarını bildiriblər: "Güman edirəm ki, bu xidmətin tətbiqi gələcəkdə bazarda rəqabətin güclənməsinə xidmət edəcək ki, bu da öz növbəsində mobil rabitə xidmətləri üzrə tariflərin azalmasına kömək edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti