...

Azərbaycan İsrailin informasiya təhlükəsizliyi sahəsində təcrübəsini öyrənir

Telekommunikasiya Materials 24 Yanvar 2014 07:24 (UTC +04:00)
Azərbaycan İsrailin kibercinayətkarlıqla mübarizə və informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində təcrübəsini öyrənmək niyyətindədir.
Azərbaycan İsrailin informasiya təhlükəsizliyi sahəsində təcrübəsini öyrənir

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir H.Vəliyev/

Azərbaycan İsrailin kibercinayətkarlıqla mübarizə və informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində təcrübəsini öyrənmək niyyətindədir. Bu barədə Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib.

Əməkdaşlığın aspektlərinə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində Elektron Təhlükəsizlik Mərkəzinin rəhbərliyinin gələn həftə İsrailə səfəri çərçivəsində baxılacaq.

Mənbənin sözlərinə görə, informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq iki ölkə arasında əməkdaşlığın vacib istiqamətlərindən biridir.

Kiberməkanda mühafizənin strategiyası üzə İsrail modeli unikal inkişaf konsepsiyasına uyğun olaraq əldə olunmuş təcrübəyə əsaslanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti