...

"Bakcell" mobil imza xidmətinə yeni tariflər tətbiq edir

Telekommunikasiya Materials 20 May 2014 15:46 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Azərbaycan Vergilər Nazirliyinin tövsiyəsinə əsasən mobil imzanın (Asan İmza) aktivləşdirilməsinə və xidmət qiymətlərinə dəyişiklik tətbiq edir.
"Bakcell" mobil imza xidmətinə yeni tariflər tətbiq edir

Azərbaycan, Bakı, 20 may /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Azərbaycan Vergilər Nazirliyinin tövsiyəsinə əsasən mobil imzanın (Asan İmza) aktivləşdirilməsinə və xidmət qiymətlərinə dəyişiklik tətbiq edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, dəyişikliklərə uyğun olaraq, bütün seqmentlər üzrə sertifikatın alınması qiyməti bir neçə dəfə aşağı salınıb. İndi fiziki şəxslər, dövlət orqanları və sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslər bu sertifikatı cəmi 18 manata əldə edə biləcəklər.

Hər üç kateqoriya üzrə aylıq abunə haqqı 0.50 AZN təşkil edəcək.

İndi mobil imza xidmətinin aktivləşdirilmə və xidmət qiymətləri aşağıdakı kimidir:

Sertifikat üçün 3 illik ödəniş

1 aylıq abunə

3 illik abunə

SİM dublikatı üçün ödəniş

Fiziki şəxslər üçün

30 AZN

0.50 AZN

12.99 AZN

3.54 AZN

Dövlət orqanları üçün

80 AZN

0.50 AZN

12.99 AZN

3.54 AZN

Sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslər üçün

154 AZN

1 AZN

24.99 AZN

3.54 AZN

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və mobil imza xidmətləri operatoru "B.est Solutions" şirkəti ilə birlikdə həyata keçirilən mobil imza xidməti e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyin təsdiqləməsi üçün mobil identifikasiyadır.

Xidmət abunəçinin mövcud nömrəsində və ya yeni SİM kartda aktivləşdirilə bilər. Mövcud nömrədə "Asan imza" xidmətini aktivləşdirmək üçün abunəçi SİM kartın dublikatını almalıdır. Xidmətdən yararlanmaq istəyən abunəçi "Bakcell"in müştəri xidmətləri mərkəzlərinə müraciət edərək yeni "SİM kart" əldə edə bilər.

Fiziki şəxslər, hüquqi şəxslər və dövlət orqanları (və yaxud onları təmsil edən şəxslər) "Bakcell" müştəri xidmətləri mərkəzlərinə öz şəxsiyyət vəsiqələrini və müvafiq dövlət qurumlarından məktub gətirməlidirlər. Abunəçi "Asan imza"nın aktivləşdirildiyi SİM kartı əldə etdikdən sonra mobil imza sertifikatını aktivləşdirmək üçün Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə müraciət etməldir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti