...

Azərbaycanın bank sektorunda mobil elektron imzanın tətbiqi genişlənir

Telekommunikasiya Materials 21 May 2014 11:17 (UTC +04:00)
Yaxın aylar ərzində Azərbaycanın 10 bankında "Asan İmza" mobil imzanın həllinin inteqrasiyası üzrə müqavilələrin imzalanması və işlərin başlanılması planlaşdırılır.
Azərbaycanın bank sektorunda mobil elektron imzanın tətbiqi genişlənir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir H.Vəliyev/

Yaxın aylar ərzində Azərbaycanın 10 bankında "Asan İmza" mobil imzanın həllinin inteqrasiyası üzrə müqavilələrin imzalanması və işlərin başlanılması planlaşdırılır. Bunu Trend-ə "B.EST Solutions" ("Asan İmza" mobil imza xidmətinin operatoru) şirkətindən deyiblər.

Şirkətdən bildiriblər ki, hazırda "Bank Respublika", "Ata Bank", "Yapı Kredi Bank", "Bank of Baku", Azərbaycan Beynəlxalq Bankı və "Azericard" Prosessinq Mərkəzi ilə "Asan İmza"nın daxili biznes proseslərin idarə edilməsi və müştərilərə onlayn xidmət göstərilməsi sistemlərinə inteqrasiyası üzrə müqavilələr imzalanıb.

Şirkətdən qeyd ediblər ki, "Asan İmza" istifadəçiləri üçün yaxın aylarda dövlət və kommersiya sektorlarında yeni xidmətlər tətbiq olunacaq. "Asan İmza" istifadəçiləri sutkalıq olaraq bütün bank əməliyyatlarını birbaşa mobil telefondan rahat və təhlükəsiz həyata keçirə biləcəklər.

İstifadəçilər maliyyə hesabatlarının əldə edilməsi xidmətindən, hesabdakı qalıqlar barədə informasiyadan, bank müqavilələrinin bağlanmasından, bank kartı limitinin təyin edilməsindən, kredit və lizinqə görə müraciətdən, sığortanın sənədləşdirilməsindən və s. yararlana biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti