...

"Nar Mobile" tələbə gənclər üçün təcrübə platformasının yaradılmasına dəstək verib (FOTO)

Telekommunikasiya Materials 3 İyun 2014 16:01 (UTC +04:00)
30 may 2014-cü il tarixində Bakıda yerləşən “Monolit Plaza” hotelində “Bizim sahibkarlıq fəaliyyətimiz” (Enterpreunial. Action. Us. – Enactus) beynəlxalq proqramı üzrə IX Milli yarış start götürdü.
"Nar Mobile" tələbə gənclər üçün təcrübə platformasının
yaradılmasına dəstək verib (FOTO)

Azərbaycan, Bakı, 3 iyun /Trend/

30 may 2014-cü il tarixində Bakıda yerləşən "Monolit Plaza" hotelində "Bizim sahibkarlıq fəaliyyətimiz" (Enterpreunial. Action. Us. - Enactus) beynəlxalq proqramı üzrə IX Milli yarış start götürdü.

"Nar Mobile" mobil operatorunun dəstəyi ilə keçirilmiş ikigünlük yarışda iştirak edən 12 Azərbaycan "Enactus" komandası 30-dan çox layihə ilə çıxış etdi. Final mərhələsində qalib gələn Naxçıvan Dövlət Universitetinin "Enactus" komandası bu il Pekində keçiriləcək "Enactus - Dünya kuboku-2014" mötəbər yarışında Azərbaycanı təmsil etmək hüququ qazandı.

Biznes və təhsil sahəsində işgüzar danışıqların aparılması məqsədilə gənclər üçün yaradılmış bir platforma olan "Enactus" proqramı üzrə yarışın qalibi innovativ yanaşma, layihələrin sosial effekti, ekoloji standartların qorunması, biznes-etikanın gözlənilməsi, maliyyə idarəçiliyi, nitq qabiliyyəti və digər meyarlar əsas götürülərək müəyyən edilir. Gənclərin sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, tələbələr arasında azad sahibkarlıq ideyasının təbliği, onlarda təşkilatçılıq, idarəçilik bacarığı və komanda ruhunun inkişaf etdirilməsi "Enactus" proqramı üzrə milli yarışların keçirilməsini labüd edən əsas məqsədlərdəndir. Məhz bu səbəbdən təhsilə, elmə, tələbələrin potensialının artırılması və gənc kadrların inkişafına xüsusi önəm verən "Nar Mobile" mobil operatoru "Enactus" proqramına hərtərəfli dəstək verir.

Qeyd edək ki, əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulmuş "Enactus" proqramı 2012-ci ilədək "Tələbələr azad sahibkarlıq fəaliyyətində" (Students in free enterprises - SIFE) adını daşıyıb. Proqrama 2005-ci ildə qoşulan Azərbaycan bir il sonra Dünya kuboku yarışlarında iştirak etmək hüququ əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti