...

İcazeler.gov.az portalının xidmətlərindən indiyədək 270 mindən çox istifadəçi yararlanıb

Telekommunikasiya Materials 4 İyun 2014 20:55 (UTC +04:00)
İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən may ayında 8 mindən çox, indiyədək isə 270 mindən çox internet istifadəçisi yararlanıb.
İcazeler.gov.az portalının xidmətlərindən indiyədək 270 mindən çox istifadəçi yararlanıb

Azərbaycan, Bakı, 4 iyun /Trend/

İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən may ayında 8 mindən çox, indiyədək isə 270 mindən çox internet istifadəçisi yararlanıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, may ayında portalın istifadəçiləri arasında 31 ölkədən - Almaniya, Rusiya, Türkiyə, ABŞ, Böyük Britaniya, Polşa, Çexiya, Çin, Danimarka, Hindistan, Hollandiya, Qazaxıstan, Belçika, Fransa, Kanada, İsveç, Gürcüstan, Latviya, Bosniya və Herseqovina, Braziliya, İtaliya, Yunanıstan, İrandan və s. ölkələrdən olan istifadəçilər də var.

Qeyd edək ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir. İndiyədək 18 dövlət qurumunun 139 qanunvericilik aktlarının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti