...

Londonda yüksək texnologiyalar üzrə I Britaniya-Azərbaycan biznes forumu keçiriləcək

Telekommunikasiya Materials 5 İyun 2014 11:29 (UTC +04:00)
İyunun 25-də Londonda yüksək texnologiyalar üzrə I Britaniya-Azərbaycan biznes forumu keçiriləcək.
Londonda yüksək texnologiyalar üzrə I Britaniya-Azərbaycan biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir H.Vəliyev/

İyunun 25-də Londonda yüksək texnologiyalar üzrə I Britaniya-Azərbaycan biznes forumu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin cümə axşamı yaydığı xəbərdə deyilir.

Məlumatda qeyd olunur ki, forumun başlanmasından əvvəl (iyunun 23-24-də) Böyük Britaniya paytaxtında bir sıra ölkələrin Rabitə nazirliklərinin internetin idarə olunması problemləri üzrə ikigünlük iclası baş tutacaq.

Adıçəkilən tədbirlərdə Azərbaycanı respublikanın rabitə naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

Məlumatda deyildiyi kimi, Azərbaycan və Böyük Britaniyanın rabitə və yüksək texnologiyalar üzrə əməkdaşlıq məsələləri Ə.Abbasovun Böyük Britaniya Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan ilə ticarət məsələləri üzrə elçisi Çarlz Hendri ilə görüşündə müzakirə edilib.

Bundan başqa, Ə.Abbasov Bakıda ATƏT ofisi layihələrinin koordinatoru Aleksis Şaxtaxtinski ilə görüş keçirib. Görüşdə əməkdaşlıq məsələləri və kibertəhlükəsizliyin təşkili müzakirə edilib. Məlumatda deyilir ki, bu sahədə əməkdaşlığın əlaqələndirilməsi məsələlərinin həlli hər iki tərəfin nümayəndələrinin iştirakı ilə təşkil olunacaq işçi qrupa həvalə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti