...

"Nar Mobile" mötəbər "Cannes Lions" festivalının laureatı oldu

Telekommunikasiya Materials 18 İyun 2014 17:08 (UTC +04:00)
“Nar Donor” sosial layihəsi "Cannes Lions" Beynəlxalq Reklam Festivalında “Gümüş Şir” (Silver Lion) mükafatına layiq görüldü
"Nar Mobile" mötəbər "Cannes Lions" festivalının laureatı oldu

Azərbaycan, Bakı, 18 iyun /Trend/

"Nar Mobile" mobil operatoru Fransada keçirilən ənənəvi "Cannes Lions" festivalında uğur qazandı. Mobil operatorun "Y&R Moscow" agentliyi ilə birgə hazırladığı "Nar Donor" sosial layihəsi 61-ci dəfə təşkil edilən bu mötəbər reklam festivalının "Mobil" kateqoriyasında "Gümüş Şir" (Silver Lion) mükafatına layiq görüldü.

Xatırladaq ki, Nar Mobile mobil operatorunun bu sosial layihəsi ölkədə mövcud olan qan donoru çatışmazlığı probleminin həlli istiqamətində atılmış bir addımdır. Layihə çərçivəsində "Android" ƏS-li smartfonların bir-birinə enerji ötürməsi üçün istehsal olunan "Nar Donor" kabelləri layihəni simvolizə edib.

2014-cü ilin aprel ayında həyata keçirilən layihə çərçivəsində "Nar Mobile" və Mərkəzi Qan Bankı Bakı şəhərində qanköçürmə aksiyaları təşkil edib. Azərbaycan ictimaiyyətinin əhəmiyyətli bir hissəsi bu xeyirxah təşəbbüsə dəstək verib, 15 mindən artıq "Facebook" istifadəçisi kampaniyanın bu sosial şəbəkədəki səhifəsini bəyənib. Nəticədə toplanan donor qanı 4 dəfə artıb, bir sıra şirkətlər kampaniyaya qoşulmaq üçün Qan Bankına müraciət ediblər.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru "Nar Mobile" 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində "Nar Mobile" daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim edib və abunəçilərin rəğbətini qazanıb. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti