...

Fatmayı qəsəbəsi də "Sazz İnternet"in əhatə dairəsinə daxil edildi

Telekommunikasiya Materials 25 İyun 2014 16:18 (UTC +04:00)
"Sazz 4G" internet provayderi rabitə kanallarını genişləndirmə işlərini davam etdirir. Bu həftə Abşeron rayonunun Fatmayı qəsəbəsi də provayderin əhatə dairəsinə daxil edilib. İndi Fatmayı sakinləri də simsiz internet xidmətlərindən yararlana biləcəklər.
Fatmayı qəsəbəsi də "Sazz İnternet"in əhatə dairəsinə daxil edildi

Azərbaycan, Bakı, 25 iyun /Trend/

"Sazz 4G" internet provayderi rabitə kanallarını genişləndirmə işlərini davam etdirir. Bu həftə Abşeron rayonunun Fatmayı qəsəbəsi də provayderin əhatə dairəsinə daxil edilib. İndi Fatmayı sakinləri də simsiz internet xidmətlərindən yararlana biləcəklər.

Bağ mövsümünü nəzərə alaraq, "Sazz İnternet" Abşeron yarımadasının əksər qəsəbələrində əhatə dairəsini genişləndirmə siyasətini uğurla davam etdirir. "Sazz İnternet" xidmətlərindən Suraxanı, Yeni Suraxanı, Mərdəkan, Şağan, Şüvəlan, Pirşağı, Qala, Buzovna, Bilgəh, Hövsan, Novxanı, Goradil, Sahil, Saray, Zabrat, Zığ, Zuğulba, Maştağa, Fatmayı, Binə qəsəbələrində də istifadə etmək olar.

Hazırda Bakı və Abşerondan başqa, provayder Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə, Qax, Zaqatala, Balakən, Şəki, Quba, Qusar, Xaçmaz şəhərlərində xidmət göstərir. Yaxın günlərdə "Sazz İnternet"ə Lənkəran, Masallı, Lerik, Astara şəhərlərində də qoşulmaq mümkün olacaq.

"Sazz İnternet" abunəçilərə şəbəkənin istənilən əhatə zonasında internetə 10 Mbts-ə qədər yüksəksürətli simsiz çıxışı təqdim edir.

"Sazz İnternet"in xidmətləri, eləcə də yay kampaniyası haqqında geniş məlumatları "www.sazz.az" saytından, Sazz 4G İnternet Facebook səhifəsindən, 191 nömrəli "qaynar xət"dən, habelə həftənin bütün günləri işləyən istənilən "Sazz 4G" satış nöqtəsindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti