...

Azərbaycanda mobil nömrələrə dair yeni elektron xidmət istifadəyə verilib

Telekommunikasiya Materials 1 İyul 2014 16:39 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil nömrələrə dair yeni elektron xidmət istifadəyə verib
Azərbaycanda mobil nömrələrə dair yeni elektron xidmət istifadəyə verilib

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) "Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi" xidmətini elektronlaşdıraraq istifadəçilərin ixtiyarına verib.

Trend RYTN-ə istinadən məlumat verir ki, "Elektron hökumət" portalı üzərindən təqdim olunan bu xidmət vasitəsilə mobil nömrələrin daşınma xidmətindən istifadəsi ilə bağlı məlumat əldə etmək mümkünləşib. Xidmətdən yararlanmaq üçün istifadəçi mobil nömrəni müvafiq bölməyə daxil edərək "Göndərmək" düyməsini sıxmaqla asanlıqla məlumat ala bilər.

Qeyd edək ki, "Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi" xidməti portalda qeydiyyatdan keçmədən istifadə oluna bilən xidmətlər sırasında yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti