Azərbaycan, Bakı, 5 avqust/Trend, müxbir Hüseyn Vəliyev/
2014-cü ilin I yarısında "TeliaSonera" şirkətinin Azərbaycan bazarında satış həcmi ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 6,1 faiz azalıb. Trend-in məlumatına görə, bu barədə "TeliaSonera"nın yanvar-iyun aylarının nəticələri üzrə hesabatında deyilir.
Şirkətin hesablamalarına görə, "TeliaSonera"nın satışdan xalis gəliri 113 milyon İsveç kronu azalıb (1,865 milyard SEK-dən 1,752 milyard SEK-dək).
Əldə edilənlər istisna olmaqla yerli valyutada xalis satış həcmi 5,3 faiz azalıb. Qeyd edilən dövrdə şirkətin aşağı gəlirləri rabitə xidmətlərinə görə tariflərin azalması, həmçinin mobil nömrələrin daşınması xidmətinin (MNP) tətbiqindən sonra (2014-cü ilin fevralında) bazarda rəqabətin sərtləşməsi ilə izah edilir.
Şirkətin Azərbaycanda faizləri, vergiləri və amortizasiya ayırmaları (EBITDA marja) ödəməzdən öncə mənfəətinin həcmi 2013-cü ilin eyni dövrü ilə müqayisədə 46-dan 54,6 faizədək artıb.
"Fintur Holdings B. V" şirkətində 74 faizə sahib olan "TeliaSonera"nın "Azerecell" şirkətində iştirak payı var. 2014-cü ilin yanvar-iyun aylarında "Azercell Telecom"un abonent bazası ötən ilin I yarısının göstəricisinə nisbətən 1,9 faiz azalıb (4,370 milyondan 4,289 milyon ədədək).