...

İran telekanalları Azərbaycan peyki ilə yayımlanacaq

Telekommunikasiya Materials 5 Avqust 2014 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbirlər Hüseyn Vəliyev, Təmkin Cəfərov/

İran özünün televiziya və radio kanallarının yayımlanması üçün Azərbaycanın "Azerspace-1" telekommunikasiya peykinin resurslarından istifadə etmək məsələsini nəzərdən keçirir.

İki ölkənin peyk rabitəsi sahəsində əməkdaşlığının perspektivləri çərşənbə axşamı Bakıda Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun iranlı həmkarı Mahmud Vaezi ilə görüşü çərçivəsində müzakirə olunub.

Azərbaycan tərəfi peyk rabitəsi sahəsində əməkdaşlıq təşəbbüsü ilə çıxış edib və İran tərəfi göstərilən sahədə əməkdaşlığın aspektlərinə baxmağa hazır olduğunu bildirib.

Hazırda "Azerspace-1" peyki vasitəsilə yayımlanan televiziya və radio kanalların sayı 120-ni ötüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti