...

İran və Azərbaycan internet televiziyası sahəsində fəaliyyətin tənzimlənməsi üzrə ilkin razılığa gəliblər

Telekommunikasiya Materials 10 Oktyabr 2014 13:06 (UTC +04:00)
İran və Azərbaycan internet televiziyası sahəsində fəaliyyətin tənzimlənməsi üzrə ilkin razılışma əldə ediblər.
İran və Azərbaycan internet televiziyası sahəsində fəaliyyətin tənzimlənməsi üzrə ilkin razılığa gəliblər

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/

İran və Azərbaycan internet televiziyası sahəsində fəaliyyətin tənzimlənməsi üzrə ilkin razılışma əldə ediblər.

Trend-in məlumatına görə, cümə günü Bakıda Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun İran Dövlət Televiziya və Radiosunun sədri İzzətulla Zərqəminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşünün əsas mövzusu internet KİV-in fəaliyyətinin tənzimlənməsi olub.

Tərəflər görüşdə KİV üzrə birgə komitənin yaradılması haqqında öz qərarlarını təsdiq ediblər. Komitənin fəaliyyəti əsasən hüquqi və təşkilati məsələlərin həllinə yönəldiləcək.

Görüşdə qeyd edilib ki, KİV üzrə komitənin yaradılması haqqında protokolun hazırlanması üzrə işlər yaxın gələcəkdə başa çatacaq.
İran nümayəndə heyətinin rəhbəri birgə televiziya verilişlərinin yaradılması və iki ölkənin ərazisində telekanalların qarşılıqlı yayımlanması sahələrində İran və Azərbaycanın televiziya və radiokanallar arasında birgə əməkdaşlıq edilməsini təklif edib.

Öz növbəsində, Ə.Abbasov teleradioyayımın tezlik tənzimlənməsi məsələsində nəticələr əldə edilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, hazırda iki ölkə arasında sərhədyanı ərazilərdə tezliklərin tənzimlənməsi ilə əlaqədar həll olunmamış məsələ yoxdur: "Daha əvvəl efir məkanına müdaxilə məsələsi aktual idisə, hazırda bununla bağlı bütün texniki məsələlər, demək olar, həll edilib".

Ə.Abbasov əlavə edib ki, iki ölkənin rəqəmsal yayım standartına keçməsi bu məsələnin həllində böyük rol oynayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti