...

Azərbaycanda mobil operatorlar arasında tariflər endiriləcək

Telekommunikasiya Materials 18 Fevral 2015 13:33 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanın mobil operatorları arasında operatorlararası bağlantılara görə tariflərin azaldılması məsələsinə baxır.
Azərbaycanda mobil operatorlar arasında tariflər endiriləcək

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir - Hüseyn Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanın mobil operatorları arasında operatorlararası bağlantılara görə tariflərin azaldılması məsələsinə baxır. Bu barədə jurnalistlərə Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov bildirib.

Söhbət qiyməti dövlət tərəfindən 0,02 manat həcmində müəyyənləşdirilən operatorlararası qoşulmadan (interkonnekt) gedir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daha əvvəl bərabər inkişaf şəraiti yaratmaq üçün operatorlararası qoşulmalara görə tariflərin unifikasiyası barədə operatorları xəbərdar etmişdi. Opetarorlar arasında belə qoşulmaya (danışığın başa çatan dəqiqəsinin qiyməti) görə tarif 0,05 manatdan 0,02 manatadək endirilib.

Qoşulma tarifi bir operatorun digərinə şəbəkəsinə daxil olmayan abonentin 1 dəqiqə danışığına görə ödədiyi məbləği müəyyənləşdirir.

Nazir bildirib ki, mobil rabitə bazarında tətbiq edilən operatorlararası qoşulmaların asimetrik məbləği Azerfonun qismində üçüncü operatorla bağlıdır.

Onun sözlərinə görə, hazırda əsas vəzifə vahid tarif tətbiq etmək üçün operatorlararası qoşulmaların qiymətinin endirilməsidir.

Əli Abbasovun daha əvvəl bildirdiyi kimi, Azərbaycanın mobil operatorları arasında qoşulma tariflərinin unifikasiyası respublikada mobil rabitə bazarında rəqabəti balanslaşdırmağa və bununla da sonuncu istifadəçilər üçün mobil rabitə xidmətlərinin tariflərini azaltmağa imakn verəcək.

Azərbaycan bazarında 3 mobil rabitə operatoru fəaliyyət göstərir: "Bakcell", "Azercell Telecom" və "Azerfon" ("Nar Mobile" ticarət nişanı).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti