...

Bakcell-in ötürücü stansiyalarından oğurluq edən şəxslər tutulub

Telekommunikasiya Materials 2 Mart 2015 18:25 (UTC +04:00)
Həbs olunan şəxslər öz ifadələrində 12 ədəd batareyanı Bakı ətrafında yerləşən ötürücü stansiyadan oğurladıqlarını etiraf ediblər.
Bakcell-in ötürücü stansiyalarından oğurluq edən şəxslər tutulub

Azərbaycan, Bakı, 2 mart /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" MMC şirkətinə məxsus ötürücü stansiyaların yerləşdiyi ərazidən kommunikasiya batareyalarının oğurlanmasında şübhəli hesab olunan şəxslər Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının operativ əməliyyat tədbirləri nəticəsində qısa müddət ərzində tutulub.

Həbs olunan şəxslər öz ifadələrində 12 ədəd batareyanı Bakı ətrafında yerləşən ötürücü stansiyadan oğurladıqlarını etiraf ediblər. Faktla bağlı cinayət işi başlanılıb və müvafiq istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, həmin şəxslərin təqsiri sübut edilərsə, onları uzun müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

"Bakcell" MMC bildirir ki, şirkətin ötürücü stansiyaları 24 saat ərzində işləyən təhlükəsizlik kameraları ilə təchiz olunub və yüksəkkeyfiyyətli videogörüntülər təhlükəsizlik məqsədilə arxivləşdirilir. Bununla yanaşı, müvafiq obyektlərdə oğurluq və digər qanunsuz əməllərin qarşısını almaq məqsədilə siqnalizasiya və sair yüksək texniki vasitələrdən istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti