...

Azərbaycanda verilən e-imzaların sayı artıb

Telekommunikasiya Materials 11 Mart 2015 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir Hüseyn Vəliyev/

2014-cü ilin fevralında Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilən elektron rəqəmsal imzaların ümumi sayı yanvarla müqayisədə 2,5 faiz artaraq martın 1-nə 30 092 ədəd təşkil edib. Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən deyiblər.

Mərkəzin məlumatına görə, verilən elektron rəqəmsal imzaların ümumi sayından dövlət strukturlarının payına 17 773 ədəd düşüb, 5 226 ədəd hüquqi şəxslərə, 7 093 ədəd isə vətəndaşlara verilib.

"Elektron hökumət" portalına müraciətlərin sayında da əhəmiyyətli artım qeydə alınıb. 2015-ci ilin fevral ayının yekunları üzrə müraciətlərin sayı 469 mini ötüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti