...

İcazələrin elektron informasiya portalının istifadəçilərinin sayı artır

Telekommunikasiya Materials 19 Mart 2015 17:55 (UTC +04:00)
www.icazeler.gov.az portalının xidmətlərindən fevral ayında 9600-ə yaxın, indiyədək isə 343 mindən artıq internet istifadəçisi yararlanıb.
İcazələrin elektron informasiya portalının istifadəçilərinin sayı artır

Azərbaycan, Bakı, 19 mart /Trend/

İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən fevral ayında 9600-ə yaxın, indiyədək isə 343 mindən artıq internet istifadəçisi yararlanıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu dövrdə portalın xidmətlərindən yerli istifadəçilərlə yanaşı, xarici ölkələrdən, o cümlədən ABŞ, Rusiya, Niderland, Almaniya, Türkiyə, Böyük Britaniya, Polşa və Fransadan olan istifadəçilər də yararlanıblar.

Qeyd edək ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri icazələrin elektron informasiya portalında yerləşdirilir. İndiyədək 20 dövlət qurumunun 152 qanunvericilik aktlarının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti