...

Azərbaycanın mobil operatorundan yenilik

Telekommunikasiya Materials 29 Aprel 2015 23:29 (UTC +04:00)
"Azerfon" MMC ("Nar" ticarət markası) LTE (Long Term Evolution) standartında rabitə xidmətlərini göstərməyə başlayıb.
Azərbaycanın mobil operatorundan yenilik

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir Hüseyn Vəliyev/

"Azerfon" MMC ("Nar" ticarət markası) LTE (Long Term Evolution) standartında rabitə xidmətlərini göstərməyə başlayıb. Bunu Trend-ə "Azerfon" şirkətinin satış direktoru Samir Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda LTE əsasında xidmətlər şirkətin korporativ abonentləri üçün əlçatandır.

S.Məmmədov qeyd edib ki, LTE-nin təqribən 130 baza stansiyası işə salınıb: "Şəbəkə sınaqdan keçirildikdən sonra yaxşı nəticələr əldə edilib. LTE bazasında xidmətlərdən hələ korporativ istifadəçilər yararlana bilirlər, lakin yaxın vaxtlarda onun üstünlüyündən "Nar"ın bütün abonentləri istifadə edə biləcəklər".

Qeyd edək ki, şirkət LTE şəbəkəsinin işə salınması üçün lisenziyanı ilin əvvəlində əldə edib. Operatorun LTE şəbəkəsi Bakıda işə salınıb. Perspektivdə LTE-nin əhatə dairəsi respublika üzrə genişləndiriləcək.

LTE texnologiyası 4G-nin baza texnologiyasıdır. LTE şəbəkəsini kommersiya istismarına vermiş ilk operator "Azercell"dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti