...

"Bakcell" 4G şəbəkəsini genişləndirəcək

Telekommunikasiya Materials 5 May 2015 15:20 (UTC +04:00)
"Bakcell" MMC LTE şəbəkəsinin genişləndirilməsi üçün 700 meqahers tezlik resursu əldə edib.
"Bakcell" 4G şəbəkəsini genişləndirəcək

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir Hüseyn Vəliyev/

"Bakcell" şirkəti LTE şəbəkəsinin genişləndirilməsi üçün 700 meqahers tezlik resursu əldə edib. Trend-in məlumatına görə, bunu jurnalistlərə şirkətin baş icraçı direktoru Riçard Şirer deyib.

Yeni tezlik spektri operatora 4G şəbəkəsini Bakı şəhərinin hüdudlarından kənarda xeyli genişləndirməyə imkan verəcək.

Hazırda "Bakcell"in LTE şəbəkəsi ilə Bakı əhatə olunub. Şirkətin şəbəkəni bütün respublika üzrə genişləndirmək planları var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti