Azərbaycan, Bakı, 20 may /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycanın "CarDoctor" İT-şirkətinin nəqliyyat vasitələrinin onlayn diaqnostika xidməti Səudiyyə Ərəbistanı bazarına ixrac ediləcək. Bu barədə Trend-ə "CarDoctor" layihəsinin rəhbəri Azər Əliyev deyib.
Onun sözlərinə görə, verilmiş xidmətin bu ölkəyə ixracı ilə bağlı ilkin razılıq ötən həftə Bakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumunda əldə edilib.
Səudiyyə Ərəbistanının "ISE" şirkətinin rəhbərliyi idman avtomobillərinin diaqnostikası və vaxtında təmiri üçün "CarDoctor" xidmətindən istifadə edilməsində maraqlı olduqlarını bildirib.
Yaxın zamanda Səudiyyə Ərəbistanında iki şirkət arasında əməkdaşlığın detallarına baxılacaq.