...

Bolqarıstan Azərbaycanla İKT sahəsində razılığı təsdiqləyib

Telekommunikasiya Materials 21 May 2015 09:53 (UTC +04:00)
Bolqarıstan hökuməti Azərbaycanla elektron rabitə, informasiya texnologiyaları və elektron idarəetmə sahələrində əldə olunan razılığı təsdiqləyib
Bolqarıstan Azərbaycanla İKT sahəsində razılığı təsdiqləyib

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir Maksim Tsurkov/

Bolqarıstan hökuməti Azərbaycanla elektron rabitə, informasiya texnologiyaları və elektron idarəetmə sahələrində əldə olunan razılığı təsdiqləyib. Bu barədə Trend Bolqarıstan mətbuatına istinadən xəbər verir.

Sənəd martın 4-ü Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri zamanı imzalanıb.

Məlumatda deyilir: "Razılıq elektron idarəetmə, informasiya təhlükəsizliyi, informasiya cəmiyyətində siyasi standartların unifikasiyası sahələrində ikitərəfli münasibətlərin inkişafına imkan yaradacaq və bu sahədə işgüzar əlaqələrin inkişafına səbəb olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti