Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir Hüseyn Vəliyev/
Rusiyanın CDN-provayderi olan "SkyparkCDN" şirkəti Azərbaycanda serverini yerləşdirib. Bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.
Şirkət bulud texnologiyları və kontentə bölüşdürülmüş giriş sistemləri ilə məşğul olur.
Mənbə bildirib ki, serverin Azərbaycan ərazisində yerləşdirilməsi mobil və fiksasiya olunmuş internet istifadəçilərinin dünyanın kontent-resurslarına giriş müddətini xeyli azaldacaq. Server ən çox baxılan internet saytlarında trafiki idarə etməyə imkan verəcək.
Qeyd edək ki, hazırda Azərbaycanda "Google", "Akamai", "Microsoft" və s. şirkətlərin serverləri artıq quraşdırılıb.