...

Azərbaycanda gələcək analar üçün mobil əlavə yaradılacaq

Telekommunikasiya Materials 17 Sentyabr 2015 11:43 (UTC +04:00)
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi gələcək analar üçün mobil əlavəsin buraxmağa hazırlaşır.
Azərbaycanda gələcək analar üçün mobil əlavə yaradılacaq

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi gələcək analar üçün mobil əlavəsini buraxmağa hazırlaşır. Bunu Trend-ə mərkəzdən deyiblər.

Hazırda Android və iOS əməliyyat sistemlərinin idarəsi altında işləyən qurğular üçün distributivin hazırlanması üzrə podratçının seçilməsi bağlı maraqlar sorğusu elan edilib.

Sorğuda iştirak etmək üçün sənədlər sentyabrın 18-i saat 18:00-dək qəbul edilir. Ətraflı məlumatı (+994 12) 431-60-88 telefon nömrəsi üzrə əldə etmək olar.

Mərkəzdən qeyd ediblər ki, sorğu iştirakçıları müvafiq sənədləri verdikdən sonra mobil əlavənin funksionallığı üzrə texniki tapşırıq təqdim ediləcək,

Distrubitivin funksionallığı hamiləlik ərzində gələcək anaların səhhətinə nəzarət etməyə, orqanizmdə baş verən bütün dəyişikliklər barədə məlumatlı olmağa imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti