...

"İT infrastrukturun səmərəliyinin artırılması: Azərbaycandakı nümunələr" mövzusunda seminar keçirilib

Telekommunikasiya Materials 30 Sentyabr 2015 17:36 (UTC +04:00)
Bu gün Bakıda "Microsoft Azerbaijan" şirkətinin təşkilatçılığı ilə İT-rəhbərlər və mütəxəssislər üçün "İT infrastrukturun səmərəliyinin artırılması: Azərbaycandakı nümunələr" mövzusunda seminar keçirilib
"İT infrastrukturun səmərəliyinin artırılması: Azərbaycandakı nümunələr" mövzusunda seminar keçirilib

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Bu gün Bakıda "Microsoft Azerbaijan" şirkətinin təşkilatçılığı ilə İT-rəhbərlər və mütəxəssislər üçün "İT infrastrukturun səmərəliyinin artırılması: Azərbaycandakı nümunələr" mövzusunda seminar keçirilib.

40-a yaxın İT-rəhbər və mütəxəssisin iştirak etdiyi tədbiri giriş sözü ilə açan "Microsoft Azerbaijan" şirkətinin texnologiyalar üzrə məsləhətçisi Qaçay Mirzəyev "Microsoft"un yeni məhsul və xidmətlərindən ("Windows 10", "Office 2016", "Microsoft Advanced Threat Analytics", "Microsoft Operations Management Suite", "SQL 2016", "Windows Server 2016", "System Center 2016", "Exchange Server 2016" və "SharePoint Server 2016") danışıb və bildirib ki, hazırda Azərbaycanın əksər dövlət qurumları və ölkə iqtisadiyyatının bir çox sahələrində fəaliyyət göstərən şirkətlər sözügedən məhsul və xidmətlərdən istifadə edir.

Q.Mirzəyev onu da əlavə edib ki, "Microsoft"un innovativ texnologiyalara əsaslanan yeni məhsulları dövlət qurumları və şirkətlərə çevik olmağa, xərclərə qənaət etməyə, IT infrastrukturun səmərəliliyini artırmağa imkan verərək, hər bir məkanda və müxtəlif qurğudan istifadəyə şərait yaradır.

Seminar çərçivəsində Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin nümayəndəsi "Elektron imza" layihəsi, Azərbaycan Respublikası Dövlət Neft Fondunun nümayəndəsi yeni inzibati binaya miqrasiya layihəsi, "ASAN xidmət" mərkəzinin nümayəndəsi portal həllinin tətbiqi layihəsi, "AzInTelecom" şirkətinin rəsmisi "Tier III Data Center" konsepsiyası, "Eurodesign" şirkətinin nümayəndəsi isə "Bakı 2015 birinci Avropa Oyunları" layihəsi çərçivəsində əldə etdikləri təcrübələri bölüşüblər.

Bununla yanaşı, seminarda şirkətlərin müasir iş alətləri, təhsildə innovativ texnologiyaların rolu və yerli sığorta həllinin "Microsoft Azure" üzərindən daha səmərəli tətbiqi barədə ətraflı məlumat verilib.

"Microsoft" haqqında:

1975-ci ildə təsis edilmiş "Microsoft" Korporasiyası insanların və bizneslərin tam potensialını həyata keçirməsində yardımçı olan proqram təminatı, xidmət və həllərdə dünya lideridir. "Microsoft" Korporasiyası fərd və bizneslər üçün geniş çeşidli mobil cihaz və bulud xidmətləri təqdim edir ki, bütün dünyada insanların evdə, işdə və yolda daha çox önəm verdikləri fəaliyyətləri həyata keçirməsinə imkanı olsun. Bunların arasında masaüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün masaüstü biznes və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, İnternet şəbəkəsində işləmək üçün vasitələr və yaradıcılıq alətləri. Əlavə olaraq, "Microsoft" onlayn xidmətlər təklif edir, kompüter mövzularında kitablar çap edir, kompüterlər üçün periferik cihazlar istehsal edir və yeni kompüter texnologiyalarının tədqiqatı və inkişafı ilə məşğul olur. "Microsoft" Korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla, 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Microsoft Azərbaycan" şirkətinin başlıca vəzifəsi - elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni texnoloji həlləri tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti