...

Azərbaycanın İKT sektoruna investisiyalar 2,2 dəfə artıb

Telekommunikasiya Materials 22 Oktyabr 2015 14:18 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) 2015-ci ilin 9 ayının yekunları ilə bağlı kollegiya iclası keçirilib.
Azərbaycanın İKT sektoruna investisiyalar 2,2 dəfə artıb

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) 2015-ci ilin 9 ayının yekunları ilə bağlı kollegiya iclası keçirilib. Trend-in məlumatına görə, kollegiyada bildirilib ki, ötən 9 ayda informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun gəlirləri ötən ilin müvafiq dövrü illə müqayisədə 9,6 faiz artaraq 1280.9 milyon manat olub. Sektorun ÜDM-də payı 2,1 faiz, qeyri-neft sektorunda isə 3 faiz təşkil edib.

Qeyd olunub ki, sektorda əldə olunan gəlirlərin 81,1 faizi özəl sektorun payına düşüb.
Bu dövrdə İKT sektoruna 209.8 milyon manat, o cümlədən RYTN-in tabeli müəssisələri tərəfindən 61.2 milyon manat investisiya yatırılıb. Sahə üzrə ötən ilin 9 ayı ilə müqayisədə investisiyanın həcmi 2,2 dəfə çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti