Bakı. Trend:
KATV1 kabel televiziyası operatoru öz abunəçilərindən son günlər respublika miqyasında internetdə baş verən nasazlıqlara görə üzr istəyir. Qurumdan Trend-ə verilən məlumata görə, KATV1-in günahı olmadan baş verən nasazlıqlar nəticəsində abunəçilər internetə tam olaraq çixışdan, o cümlədən Myvideo Smart Box qurğusundan normal istifadə edə bilməmişlər. KATV1 ümid edir ki, gələcəkdə belə geniş miqyasda baş verən nasazlıqlar təmamilə aradan qaldırılacaqdır.
Qeyd etmək lazımdır ki, ənənəvi kabel televiziyası xidmətlərindən əlavə olaraq KATV1 həmşinin 8 Mbps-dan başlayan genişzolaqlı sürətli internet xidmətləri göstərir. Bununla yanaşı son müddət ərzində KATV1 Azərbaycanda Myvideo Smart Box "ağıllı" qurğunu təqdim etmişdir. Böyük tələbat olan bu qurğu vasitəsilə müxtəlif telekanallara 10-günlük arxivasiya ilə baxmaq olur. Həmçinin bu qurğu ilə Youtube, Skype, Facebook, İnstragram sosial platformalarına çıxış olduğu üçün hər televizoru interaktiv edir.