...

Azercell-dən fakturalı xətt abunəçilərinə xüsusi bayram kampaniyası

Telekommunikasiya Materials 16 Dekabr 2015 18:06 (UTC +04:00)
"Azercell Telekom" Yeni il ərəfəsində abunəçilərinə sərfəli kampaniyalar təqdim etməkdə davam edir.
Azercell-dən fakturalı xətt abunəçilərinə xüsusi bayram kampaniyası

Bakı. Trend:

Azərbaycan rabitə bazarının lider mobil operatoru "Azercell Telekom" Yeni il ərəfəsində abunəçilərinə sərfəli kampaniyalar təqdim etməkdə davam edir.

Şirkət 16 dekabr 2015-ci il tarixindən etibarən fakturalı xətt abunəçiləri üçün xüsusi "Yeni il" kampaniyasına başlayır. Kampaniya çərçivəsində bütün mövcud və mobil nömrə daşıma xidməti ilə "Azercell" şəbəkəsinə keçən fakturalı xətt abunəçiləri çox sərfəli qiymətlərlə "iPhone 6" və "iPhone 6+" telefonu əldə edə bilər.

Kampaniyadan yararlanmaq üçün abunəçilər "Azercell" diler şəbəkələrindən və Azercell Ekspress Ofislərindən güzəştli şərtlərlə "Hədsiz" tarifinə qoşulub "iPhone 6" (16 GB), "iPhone 6" (64 GB) və "iPhone 6+" (64 GB) telefonu almalıdırlar. Abunəçi bu telefonları əldə etdikdən sonra 18 faktura dövrü ərzində müvafiq olaraq 99 AZN, 109 AZN və 119 AZN alylıq abunə haqqı odəməli olacaq. Kampaniyaya qoşulma dərhal baş verir və "Hədsiz" tarif paketi növbəti gündən aktivləşdirilir. Abunəçi kampaniyadan yalnız öz nömrəsi ilə yararlana bilər. Bir abunəçi kampaniya çərçivəsində yalnız bir telefon əldə edə bilər. Kampaniya çərçivəsində bir nömrəyə yalnız bir IMEI tətbiq etmək mümkün olacaq.

Azercell-in 4,5 milyonluq abunəçi ailəsinə qoşulmaqla, siz də şirkətin təqdim etdiyi kampaniyalardan yararlanmaq imkanı qazanın! Həm özünüzə, həm də sevdiklərinizə bayram hədiyyəsi edin.

Daha ətraflı məlumat üçün: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti