...

Azərbaycan domenində saytların sayı 6,7% artıb

Telekommunikasiya Materials 4 Yanvar 2016 09:23 (UTC +04:00)
Milli domen zonası .az-da 24 568 internet-resurs qeydə alınıb.
Azərbaycan domenində saytların sayı 6,7% artıb

Bakı. Hüseyn Vəliyev - Trend:

Milli domen zonası .az-da 24 568 internet-resurs qeydə alınıb. Bu barədə Trend WHOIS resursunda yerləşdirilən məlumata əsasən xəbər verir.

2015-ci ilin nəticələrinə görə .az domenində qeydiyyatdan keçmiş internet-resurslarının sayının artması 6,7% təşkil edib.

Qeydiyatdan keçmiş resurların 22 840-ı birinci səviyyəli domendə qeydə alınmış saytlardı, bu da ilin əvvəlinə olan göstəricidən 7,1% çoxdu.

İkinci səviyyəli domenlər arasında ən populyarı .com.az-dır. Bu domendə 1033 sayt (2,4% artım) qeydə alınıb. Üçüncü yerə .edu.az domeni sahib çıxıb, burada 245 sayt qeydiyatdan keçib. 2015-ci ilin nəticələrin görə .edu.az domenində qeydiyatdan keçmiş saytların sayı 14,4% artıb.

Milli domen zonası -.az rəsmi olaraq 25 avqust 1993-cü il tarixində fəaliyyətə başlayıb. Domenin qeydiyyat qiyməti 20 manat təşkil edir. Texniki dəstək xidmətinin illik qiyməti də 20 manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti