Bakı. Hüseyn Vəliyev - Trend:
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Nail Mərdanov və onun müavini Nazim Mədətov işdən azad ediliblər.
Nazirlikdən Trend-ə verilən məlumata görə, mərkəzə müavin vəzifəsinə MHM-nin rəhbəri səlahiyyətlərini icra edən Elnar Əsədov təyin edilib.