Bakı. Trend:
Balanslarını 3 AZN dəyərində artıraraq lotereya iştirakçısına çevrilmiş şanslı "Nar" abunəçilərinə "iPhone 6" hədiyyə edildi.
Şirkətdən Trend-ə verilən məlumata görə, "Nar"ın daha bir hədiyyə kampaniyası olan "Hədiyyə yağışı" lotereyası uğurla davam edir. Balansını ən az 3 AZN dəyərində artırmış bütün abunəçilər heç bir əlavə ödəniş etmədən avtomatik olaraq lotereya iştirakçılarına çevrilir və hər həftə "iPhone 6" smartfonu qazanmaq fürsəti əldə edirlər.
12 yanvar 2016-cı il tarixdə qaliblərin mükafatlandırılması mərasimi keçirildi. Tədbirdə iştirak edən 5 nəfər "Nar" abunəçisinə hədiyyə olaraq "iPhone 6" smartfonu təqdim edildi. Bakı sakinləri - Əkbər Camalov və Andrey Əsədulin, Ağdam şəhər sakini Rauf Şirinov, Beyləqan şəhər sakini Arif Behbudov və Goranboy sakini Ağaəli İsrafilov dəyərli hədiyyələri qazanmış şanslı "Nar" abunəçiləri oldular.
Qeyd edək ki, lotereya 7 mart 2016-cı il tarixinədək davam edəcəkdir. Lotereyada iştirak etmək üçün sadəcə olaraq balansı bir dəfəyə minimum 3 AZN dəyərində artırmaq kifayətdir. Balansını 5 AZN dəyərində artırmış olan abunəçilər isə 15000 AZN məbləğindəki pul mükafatını qazanmaq imkanı əldə edirlər.
Lotereya barədə əlavə məlumatı "Nar" mobil operatorunun internet səhifəsindən öyrənə bilərsiniz: www.nar.az