...

"Kaspersky Lab" şirkətlərə kibertəhlükəsizlik səviyyəsini artırmağa yardım edəcək

Telekommunikasiya Materials 19 May 2016 15:26 (UTC +04:00)
“Kaspersky Lab” şirkəti təşkilatlara açıq bulud servisləri ilə məlumat mübadiləsi yaratmadan operativ şəkildə yeni təhlükələr barədə məlumat əldə etmək imkanı yaradan “Kaspersky Private Security Network” yeni həllini istifadəyə verəcəyini elan edib.
"Kaspersky Lab" şirkətlərə kibertəhlükəsizlik səviyyəsini artırmağa yardım edəcək

Bakı. Trend:

"Kaspersky Lab" şirkəti təşkilatlara açıq bulud servisləri ilə məlumat mübadiləsi yaratmadan operativ şəkildə yeni təhlükələr barədə məlumat əldə etmək imkanı yaradan "Kaspersky Private Security Network" yeni həllini istifadəyə verəcəyini elan edib.

Belə ki, şirkətlər öz şəbəkələrində lokal şəkildə infrastruktur yarada biləcək və real vaxt rejimində qısa zaman ərzində "Kaspersky Security NetworkHYPERLINK "http://ksn.kaspersky.com/ru""HYPERLINK "http://ksn.kaspersky.com/ru" (KSN) qlobal buludu vasitəsi ilə təhlükələr haqda məlumat əldə edib quraşdırılmış "Kaspersky Lab" məhsullarının sorğularını cavablandıra biləcəklər. Sözügedən fərdi bulud Texniki və İxrac Nəzarəti Federal Xidməti tərəfindən sertifikatlaşdırılıb.

Hazırda paylaşdırılmış bulud texnologiyaları müasir kibertəhlükələrlə mübarizənin effektivliyinin artmasına yönəlmiş bir çox qoruyucu həll tədarükçülər tərəfindən istifadə olunur. Buludun yüksək məhsuldarlığı istifadəçilərin qurğularında aşkar olunmuş zərərverici proqram və internet səhifələrinin yeni nümunələrini daha çevik və dəqiq şəkildə təhlil etmək imkanı yaradır. Naməlum təhlükə ilə rastlaşdığı halda müdafiə tətbiqləri kənar məkanda quraşdırılmış serverlər ilə əlaqə qurur və dərhal cavab alır. Məlumat bazalarının ənənəvi yenilənmə sxemi adətən bir neçə saat təşkil edir, bulud isə bir neçə dəqiqə ərzində istifadəçiləri yeni təhlükələrdən müdafiə ilə təmin edir. Bundan başqa, geniş miqyaslı təhlil buludda aparıldığından bu yanaşma kompüter və ya serverin hesablayıcı gücünə qənaət etməyə imkan yaradır.

Paylaşdırılmış bulud KSN infrastrukturu yeni kibertəhlükələr ilə mübarizədə xeyli zamandır ki, özünü effektiv alət kimi təsdiqləyib. Müxtəlif ölkələrdə yerləşdirilmiş serverlər korporativ və fərdi istifadəçilərin kompüterlərində quraşdırılmış "Kaspersky Lab"ın həllərinin sorğularını sürətli şəkildə nəzərdən keçirir. Hazırda KSN 80 milyon iştifadəçini müdafiə etməyə yardım göstərir.

Yoxlanan faylın və yaxud internet səhifəsinin zərərli və ya zərərsiz olduğu barədə KSN-dən məlumat almaq üçün müdafiə məhsulu məlumatı buluda ötürməlidir. Lakin bəzi sahələrdə bu tərzdə məlumat mübadiləsi korporativ İT-infrastrukturun sərhədi kənarında aparılması ya mümkün deyil, ya da qadağan olunub. Məhz bu müştərilər üçün "Kaspersky Lab" şirkəti "Kaspersky Security Network"un bütün üstünlüklərini izolyasiya olunmuş və sertifikatlaşmış mühitlərdə istifadə etmək imkanı yaradan "Kaspersky Private Security Network" fərdi buludunu hazırlayıb. Şirkətin informasiya infrastrukturu daxilində yerləşən bir neçə güclü serverin üzərinə məlumat bazaları yerləşdirilir ki, ora KSN-dən təhlükələr haqda məlumat daxil olsun. "Buluddan-şəbəkəyə" yönəlmiş birtərəfli informasiya mübadiləsinin həyata keçirilməsi sayəsində heç bir məlumat şəbəkənin bağlı seqmentini tərk etmir. Bir KPSN kompleksi "Kaspersky Lab"ın müxtəlif məhsullarından sorğuları qəbul etmək imkanına sahibdir.

"Böyük şirkətlər və dövlət təşkilatlarının informasiya təhlükəsizliyi siyasəti daxil olan və göndərilən məlumat axınının ciddi nəzarətini nəzərdə tutur. Lakin artan kibertəhlükə şəraitində müdafiə həllərinin ən böyük məhsuldarlığı daimi məlumat mübadiləsi zamanı əldə edilir. Fərdi müdafiə buludu böyük şirkətlərin tələbləri və xüsusiyyətlərinə uyğun şəkildə şirkətin İT-infrastrukturu daxilində yerləşən "Kaspersky Security Network" paylaşdırıcı sisteminin imkanlarını istifadə etməyə şans yaradır", - deyə "Kaspersky Lab" şirkətinin araşdırmalar və layihələr üzrə direktoru Nikita Şvetsov bildirib.

Biznes üçün "Kaspersky Security", virtual mühitlər üçün "Kaspersky Security", "Kaspersky Anti Targeted Attack Platform" və digər platformalar ilə yanaşı "Kaspersky Private Security Network" platforması "Kaspersky Lab"ın böyük biznes-informasiya təhlükəsizliyini təmin edən həll kompleksinə daxildir. Bu məhsullar hətta xarici resurslara məhdud çıxış olduğu halda ətraflı və çoxtəbəqəli müdafiə sistemi yaratmağa imkan yaradır. "Kaspersky Lab"ın həlləri barədə ətraflı məlumat: www.kaspersky.ru/enterprise-security

Məqalədə:
Xəbər lenti

Xəbər lenti