...

KATV1 şirkəti Kaspersky laboratoriyasının "Partner" statusunu aldı

Telekommunikasiya Materials 1 İyun 2016 13:58 (UTC +04:00)
Cənubi Qafqazın aparıcı telekommunikasiya operatorlarından biri olan KATV1 şirkəti dünyanın aparıcı antivirus istehsalçılarından biri olan Kaspersky Labaratoriyasının “Partner” statusunu aldı.
KATV1 şirkəti Kaspersky laboratoriyasının "Partner" statusunu aldı

Bakı. Trend:

Cənubi Qafqazın aparıcı telekommunikasiya operatorlarından biri olan KATV1 şirkəti dünyanın aparıcı antivirus istehsalçılarından biri olan Kaspersky Labaratoriyasının "Partner" statusunu aldı.

KATV1-dən Trend-ə verilən məlumata əsasən, tərəfdaşlıq çərçivəsində KATV1 öz internet-istifadəçilərinin elektron cihazlarında saxlanan məlumatlarının qorunması üzrə maarifləndirici iş aparacaq.

KATV1 həmçinin Kaspersky Labaratoriyasının təqdim etdiyi antivirusun aktivləşdirilmə prosesində də öz internet-istifadəçilərinə yardım edəcək.

İstifadəçilərin öz elektron cihazlarını qorumaq üçün antiviruslardan bəhrələnməsini stimullaşdırmaq məqsədilə KATV1 şirkəti Kasperky Labaratoriyasılə birgə promo-aksiyaların keçirilməsini də planlaşdırıb. Xüsusilə, artıq keçirilən aksiya çərçivəsində korporativ tərəfdaşlara "Kaspersky Internet Security" antivirusu və üç-antenalı ofis Wi-Fi ruteri pulsuz təqdim ediləcək.
Bundan əlavə, standart internet-paket istifadəçiləri bir illik ödənişi əvvəlcədən etdikdə hədiyyə olaraq Kaspersky Labaratoriyasından antivirus əldə etmiş olacaqlar.
"Kaspersky Labaratoriyası" - Rusiyanın ən iri informasiya təhlükəsizliyi sistemlərinin istehsalçısıdır. Rusiya və MDB ölkələrində şirkəti 500-dən çox tərəfdaş təmsil edir. 30 yaxın Rusiya şirkəti istehsal etdiyi kompüterlərə məhz Kaspersky antivirusunu yükləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti