...

“Microsoft Azerbaijan” tərəfdaşlar və sifarişçilər üçün tədbirlər keçirib (FOTO)

Telekommunikasiya Materials 13 Dekabr 2016 10:46 (UTC +04:00)
“Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı ilə Bakıda şirkətin tərəfdaşları və sifarişçiləri üçün “Microsoft Device Day” (“Cihaz Günü”) və “Accelerate Your Business” (“Biznesini sürətləndir”) adlı tədbirlər keçirilib.
“Microsoft Azerbaijan” tərəfdaşlar və sifarişçilər üçün tədbirlər keçirib (FOTO)

Bakı. Trend:

“Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı ilə Bakıda şirkətin tərəfdaşları və sifarişçiləri üçün “Microsoft Device Day” (“Cihaz Günü”) və “Accelerate Your Business” (“Biznesini sürətləndir”) adlı tədbirlər keçirilib.

Şirkətdən Trend-ə verilən məlumata görə, iki gün davam edən tədbirlər çərçivəsində binzeslər üçün “Windows 10 Pro” əməliyyat sisteminin və “Windows” qurğularının üstünlüklərindən bəhs edən təqdimatlar keçirilib, informasiya təhlükəsizliyində son cərəyanlar haqqında məlumat verilib və “Windows 10” üzərində işləyən yeni qurğular nümayiş etdirilib.

“Microsoft Azerbaijan”ın tərəfdaş və sifarişçi şirkətlərinın iştirakı ilə baş tutan tədbirlərdə hazırda 400 milyondan çox qurğuda istifadə edilən “Windows 10” əməliyyat sisteminin xüsusiyyətləri, təqdim etdiyi yeniliklər və innovativ funksiyaları barədə müfəssəl təqdimat keçirilib. Bundan başqa, tədbir iştirakçılarına “Windows 10” əməliyyat sistemi üzərində işləyən müxtəlif cihazlar haqqında məlumat əldə etmək və onları sınaqdan keçirmək imkanı yaradılıb.

Tədbir iştirakçılarını giriş sözü ilə salamlayan “Microsoft Azerbaijan” şirkətinin baş meneceri Sərxan Həşimov müasir dövrümüzdə məlumat təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətini, bulud texnologiyalarının bu sahədə yaratdığı yeni cərəyanlar və “Microsoft” korporasiyasının təqdim etdiyi xidmətlərin informasiya təhlükəsizliyi sahəsinə verdiyi töhfələrindən danışıb.

Öz növbəsində tədbirdə çıxış edən “Microsoft”un mütəxəssisi Maksim Kuzminov “Windows 10” əməliyyat sisteminin üstünlüklərindən ətraflı məlumat verib və bildirib: “Bu gün heç bir sahə informasiya texnologiyaların köməyi olmadan inkişaf edə bilməz. Hazırda təqdim etdiyimiz “Windows 10” əməliyyat sistemi “Windows”un indiyədək mövcud olan əməliyyat sistemləri arasında ən təhlükəsizidir. Belə ki, sistemin tərkib hissəsi kimi təqdim edilən “Windows Hello” funksiyası əl izi, üz cizgilərinin tanınması kimi biometrik məlumatlarınızdan istifadə etməklə sizin özünüzə şifrə olmaq imkanı verir və ən yuxarı səviyyədə təhlükəsizliyinizi təmin etmiş olurlar“.

“Gücləndirilmiş təhlükəsizlik əməliyyat sistemindən başlayır” təqdimatı ilə tədbirdə çıxış edən “Microsoft Azerbaijan” şirkətinin strateji həllər üzrə meneceri Qaçay Mirzəyev isə bildirib ki, kiberterrorun, kibercasusluğun, virtual əlaqələrin gücləndiyi dövrdə informasiya təhlükəsizliyindən yaranan problemlər daha da artıb. Onun sözlərinə görə, mənşəyi məlum olmayan proqram təminatından istifadə maliyyə itkilərinə, şirkətin imicinə xələl yetirməsinə, məxfi məlumatın ələ keçirilməsinə və ümumi məhsuldarlığın azalmasına gətirib çıxarır. Belə ki, dünyada məlumat pozuntusunun səbəb olduğu zərərin ortalama dəyəri 4 milyon ABŞ dollarına bərabərdir.

Qeyd edək ki, bu il “Microsoft Device Day” və “Accelerate Your Business” tədbirləri bir qədər fərqli ve daha maraqli formatda keçirilib. Belə ki, hər iki tədbirin aparıcıları qismində Şən və Hazırcavablar Klubunun “Yığma Bakı” komandasının üzvləri olan Tural Həsənli və Səməndər Rzayev çıxış edib və müasir texnologiyalara xüsusi yumoristik yanaşmaları ilə tədbirə rəng qatıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti