...

"Gənclər kitab oxuyur"

Telekommunikasiya Materials 11 Aprel 2017 11:40 (UTC +04:00)
Azercell Telekom yeni layihəyə start verir.
"Gənclər kitab oxuyur"

Bakı. Trend:

Azercell Telekom yeni layihəyə start verir.

Əlinə kitab alıb otağın bir küncündə yerini rahatlayıb oxuyan insanların sayı get-gedə azalır. Buna səbəb vaxt çatışmazlığı, üstündə kitab daşımaq həvəsinin olmaması, yorğunluq və digər amillər ola bilir. Digər tərəfdən də, yeni texnologiyalar, müasir cihazlar, ən əsası isə internet həyatımıza elə sürətlə daxil olub təməl salır ki, köhnə faydalı vərdişlərə artıq vaxt qalmır. Odur ki, bütün bu məqamları nəzərə alaraq, Azercell Telekom mütaliə sevərlər üçün yeni bir layihəyə başlayır.

Şirkətdən Trend-ə verilən məlumata görə, “Gənclər kitab oxuyur” adlı yeni layihə çərçivəsində oxu günləri təşkil ediləcək. Layihə gənclər arasında mütaliə mədəniyyətini artırmaq, yerli müəlliflərimizi tanıtmaq, eləcə də dinamik həyatımızda intellektual istirahət imkanı təqdim etməyi qarşısına məqsəd qoyur. Oxu günlərində Azercellin 2 il bundan əvvəl istifadəyə verdiyi Bookmate tətbiqinə daxil etdiyi əsərlər gənc qiraətçilər tərəfindən “Starbucks Azerbaijan”nın Gənclik Mall-da yerləşən kafesində oxunacaq. Qeyd edək ki, qiraətçilər öncədən gənclər arasında müsabiqə yolu ilə seçiləcəklər. Müsabiqənin şərtlərinə dair ətraflı məlumat Azercell-in rəsmi Facebook səhifəsində yerləşdiriləcək.

Məlumat üçün bildirək ki, Azercell ölkədə mütaliə mədəniyyətinin inkişafı, kitaba marağın artırılması üçün indiyə qədər bir sıra layihələr həyata keçirib. 2015-ci ildə təqdim edilən Bookmate əlavəsi sayəsində bütün Azercell abunəçiləri Azərbaycan, rus, ingilis, türk və onlarla əcnəbi dildə məhdudiyyətsiz kitab oxuya bilirlər. Azercell-in təqdim etdiyi mobil kitabxanada 690 000-dən artıq kitaba çıxış təmin olunub.

Beləliklə, “Gənclər kitab oxuyur” layihəsinin qiraətçilərindən biri olmaq istəyirsinizsə, Azercell-in rəsmi Facebook səhifəsini izləyin, müsabiqəyə qatılın və layihənin gedişatından daim xəbərdar olun!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz .

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti