...

ETSN-nin vahid portal üzərindən göstərdiyi elektron xidmətlərin sayı 21-ə çatdırılıb

Telekommunikasiya Materials 22 Aprel 2017 14:59 (UTC +04:00)
“Elektron hökumət” portalına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi 3 yeni xidmət inteqrasiya edilib.
ETSN-nin vahid portal üzərindən göstərdiyi elektron xidmətlərin sayı 21-ə çatdırılıb

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “Elektron hökumət” portalına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi 3 yeni xidmət inteqrasiya edilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, bununla da qurumun portal üzərindən göstərdiyi elektron xidmətlərin sayı 21-ə çatdırılıb. Vahid portala inteqrasiya olunan yeni xidmətlər aşağıdakılardır:

- Geodeziya, qravimetriya, fotoqrammetriya, topoqrafiya işlərinin həyata keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu;
- Müxtəliftəyinatlı xəritə və atlasların tərtibatı, nəşri üçün müraciətin və sənədlərin qəbulu;
- CİS üçün baza xəritələrinin tərtibi ilə əlaqədar müraciətin və sənədlərin qəbulu.

“Geodeziya, qravimetriya, fotoqrammetriya, topoqrafiya işlərinin həyata keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu” adlanan xidmət dövlət sifarişi, eləcə də hüquqi və fiziki şəxslər tərəfindən ölkə ərazisində Geodeziya, qravimetriya, fotoqrammetriya, topoqrafiya işlərinin həyata keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu qaydalarını müəyyən edir. “Müxtəliftəyinatlı xəritə və atlasların tərtibatı, nəşri üçün müraciətin və sənədlərin qəbulu” adlanan digər xidmət isə dövlət sifarişi, eləcə də hüquqi və fiziki şəxslər tərəfindən respublika ərazisində müxtəliftəyinatlı xəritə və atlasların tərtibatı, nəşri işlərinin həyata keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu qaydalarını müəyyən edir. “CİS üçün baza xəritələrinin tərtibi ilə əlaqədar müraciətin və sənədlərin qəbulu” adlanan elektron xidmət isə dövlət sifarişi, eləcə də hüquqi və fiziki şəxslərin müraciətləri əsasında ölkə ərazisində Dövlət əhəmiyyətli Coğrafi İnformasiya Sistemləri üçün baza xəritələrinin tərtibatı işlərini əhatə edir.

Adları çəkilən hər 3 xidmətdən “Elektron hökumət” portalında qeydiyyatdan keçən istifadəçilər faydalana bilərlər.

Qeyd edək ki, hazırda müxtəlif qurumlar tərəfindən “Elektron hökumət” portalı üzərindən təqdim olunan elektron xidmətlərin sayı 446-dır.

Xəbər lenti

Xəbər lenti