...

Bakıda pulsuz "Wi-Fi" bu YENİ ƏRAZİLƏRDƏ olacaq

Telekommunikasiya Materials 9 İyun 2017 20:18 (UTC +04:00)
Yaxın vaxtlarda Qış parkı, Sabir və Xaqani parklarında "Wi-Fi"-a pulsuz giriş təmin olunacaq.
Bakıda pulsuz "Wi-Fi" bu YENİ ƏRAZİLƏRDƏ olacaq

Bakı. Hüseyn Vəliyev - Trend:

Yaxın vaxtlarda Qış parkı, Sabir və Xaqani bağlarında "Wi-Fi"-a pulsuz giriş təmin olunacaq.

Bunu özəl olaraq Trend-ə Bakı Telefon Rabitəsi İB-nin ictimaiyyətlə əlqalər üzrə mütəxəssisi Nuranə Əliyeva deyib.

Onun sözlərinə görə, işlər "ictimai Wi-Fi" layihəsi çərçivəsində aparılır.

Qeyd edək ki, indiyə qədər İçəri Şəhər, Dənizkənarı Milli Park, Sahil parkı və Heydər Əliyev Mərkəzi parkında pulsuz "Wi-Fi" təmin olunub.

Xəbər lenti

Xəbər lenti