...

"Azercell"dən "General Mobile 6" - Yeni ilin ilk sərfəli kampaniyası

Telekommunikasiya Materials 12 Yanvar 2018 17:55 (UTC +04:00)

Bakı. Trend:

Yeni ilin ilk günlərində Azercell Telekom abunəçilərini yeni kampaniyaları ilə sevindirməyə davam edir.

"Azercell"dən Trend-ə verilən məlumata görə, şirkət 4,5 milyonluq abunəçi ailəsi üçün yeni smartfon kampaniyasına başlayır. Yanvar ayının 12-dən etibarən General Mobile 6 kampaniyası çərçivəsində abunəçilər güclü funksionallığı ilə seçilən 4G dəstəkli GM6 telefonuna faizsiz kreditlə ayda 35 AZN ödəyib sahib olmaqla yanaşı, bir sıra üstünlüklər də əldə edəcəklər. Belə ki, kampaniya iştirakçıları hədiyyə olaraq hər ay 5GB internet və üstəlik telefon üçün 1 illik pulsuz Kaspersky Antivirusu əldə edəcəklər. Kampaniya bütün Azercell ofislərində və diler mağazalarında keçərlidir.

Siz də Azercell-in yeni sərfəli kampaniyasına qoşularaq, yeni smartfon, mobil inernet və sərfəli danışıq imkanı qazanın.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti