...

“Nar”ın dəstək olduğu “Brain Ring” bilik yarışlarının builki qalibi “Sumqayıt” komandası olub (FOTO)

Telekommunikasiya Materials 19 Yanvar 2018 18:17 (UTC +04:00)
“Nar”ın ənənəvi olaraq dəstək verdiyi “Brain Ring” intellektual bilik yarışlarının onuncu mövsümü başa çatıb.
“Nar”ın dəstək olduğu “Brain Ring” bilik yarışlarının builki qalibi “Sumqayıt” komandası olub (FOTO)

Bakı. Trend:

“Nar”ın ənənəvi olaraq dəstək verdiyi “Brain Ring” intellektual bilik yarışlarının onuncu mövsümü başa çatıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, yarışlarda respublikanın 15 bölgəsi və 9 ali məktəbini təmsil edən 32 komanda bilik mübarizəsi aparıb.

“Brain Ring” intellektual yarışlarında ənənəvi “Bilik” kubokunun qalibi “Sumqayıt” komandası olub. İlin son “Brain Ring” qarşılaşmasında 2017-ci ilin ilk yarısının qalibi olmuş “İçərişəhər” komandasını da məğlub edən “Sumqayıt” komandası həm də 2017-ci ilin “Brain Ring” çempionu adına layiq görülüb.

“Brain Ring” intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə də keçirilib. Belə ki, verilişin yayımı zamanı “Nar”-ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədyyələr qazanırdılar. “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”-dan hədiyyə qazanmaq şansı əldə ediblər.

Ətraflı məlumatı @salamnar “Twitter” hesabından əldə etmək mümkündür.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilibr. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti