...

“Nar” və “Avtostop” radio verilişindən maraqlı müsabiqə

Telekommunikasiya Materials 30 Mart 2018 18:17 (UTC +04:00)
“Nar” və DJ Tural Yusifovun müəllifi olduğu “Avtostop” radio layihəsi yeni müştərək aksiyaya start veriblər.
“Nar” və “Avtostop” radio verilişindən maraqlı müsabiqə

Bakı. Trend:

“Nar” və DJ Tural Yusifovun müəllifi olduğu “Avtostop” radio layihəsi yeni müştərək aksiyaya start veriblər.

Şirkətdən Trend-ə verilən məlumata görə, 2 aprel – 21 may 2018-ci il tarixləri arasında hər həftənin bazar ertəsi saat 18:00-dan 19:00-dək 106.3 FM radiosunun canlı efir müddətində keçirilən müsabiqənin qalibləri “Nar” tərəfindən xüsusi mükafatlarla təbrik ediləcəklər. Yol hərəkəti qaydaları haqqında biliklərini sınayan radio dinləyiciləri mobil operatordan dəyərli hədiyyələr qazanmaq fürsəti əldə edəcəklər.

Qeyd edək ki, “Nar” ənənəvi şəkildə maarifləndirici müsabiqələr və intellektual yarışlara dəstək verərək bu cür layihələrin sponsoru qismində çıxış edir. Mobil operatorun dəstəklədiyi digər layihələr haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” MMC 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

Xəbər lenti

Xəbər lenti