...

“Yüksək Texnologiyalar Parkı”nda yeni təyinat

Telekommunikasiya Materials 14 Avqust 2018 17:31 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının “Yüksək texnologiyalar parkı”nın ümumi məsələlər üzrə direktoru müavini Elxan Bayramov texnoparkın direktor vəzifələrini müvəqqəti icra edən təyin olunub
“Yüksək Texnologiyalar Parkı”nda yeni təyinat

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının “Yüksək Texnologiyalar Parkı”nın ümumi məsələlər üzrə direktor müavini Elxan Bayramov texnoparkın direktor vəzifələrini müvəqqəti icra edən təyin olunub.

Bu barədə Trend-ə “Yüksək Texnologiyalar Parkı”ndan bildiriblər.

E.Bayramov bu vəzifədə Vüqar Babayevi əvəz edib.

Qeyd edək ki, V.Babayev hazırda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar elm və informasiya məşvərət mərkəzinin baş direktor vəzifəsini tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti