...

Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır

Telekommunikasiya Materials 22 Noyabr 2018 19:36 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkətinin abunəçiləri arasında böyük rəğbət qazanmış “SMSRadar” xidmətinə artıq 65 min nəfərdən çox insan qoşulub.
Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır

Bakı. Trend:

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkətinin abunəçiləri arasında böyük rəğbət qazanmış “SMSRadar” xidmətinə artıq 65 min nəfərdən çox insan qoşulub.

Şirkətdən Trend-ə verilən məlumata görə, abunəçilərin rahatlığının və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə istifadəyə verilmiş “SMSRadar” xidməti avtomobil idarə edənlər üçün çox faydalıdır. Aylıq abunə haqqı cəmi 1 AZN olan bu xidmət sayəsində abunəçilər yol hərəkəti qaydalarını pozduqda qayda pozuntusunun vaxtı və cəriməsi haqqında ətraflı məlumatı SMS vasitəsilə almaq imkanına malikdirlər.

Böyük populyarlıq qazanmış bu innovativ və əlverişli xidmətdən faydalanmaq üçün istənilən tarifdən istifadə edən Bakcell abunəçisi idarə etdiyi nəqliyyat vasitəsinin nömrəsini (misal: 00-XX-000) SMS vasitəsilə 5666 qısa nömrəsinə yollamalıdır. Sürət həddini aşmış nəqliyyat vasitəsi barədə məlumat abunəçilərə dərhal, yol hərəkəti qaydalarının digər pozuntuları barədə məlumat isə müvafiq sistemdə qeyd olunandan sonra göndərilir.

Xidmət barədə ətraflı məlumat https://www.bakcell.com/az/sms-radar və yaxud www.smsradar.az internet səhifələrindən əldə oluna bilər.

Qeyd edək ki, SMSRadar mobil əlavəsi yükləmə sayı üzrə Azərbaycanda 8-ci yeri tutur. Həmin mobil əlavəni Appstore və ya PlayMarket vasitəsilə yüklənən abunəçilər cəriməyə aid foto və videoları da izləmək imkanına malikdir. Mobil əlavəni birbaşa yükləmək üçün aşağıdakı linkdən istifadə edin:

http://SMSRadar.az/app

İnnovasiya sahəsində özünü doğrultmuş lider olan Bakcell şirkəti müasir mobil rabitə xidmətlərinin istifadəçiləri üçün innovativ, olduqca əlverişli və maraqlı xidmətlər göstərməyə davam edəcək.

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti