...

Peter Kimpian: Azərbaycan şəxsi məlumatların müdafiəsi üzrə qanunvericiliyini 108 saylı Konvensiyaya uyğun formalaşdırır

Telekommunikasiya Materials 5 Mart 2020 12:48 (UTC +04:00)
Azərbaycan şəxsi məlumatların müdafiəsi üzrə qanunvericiliyini 1981-ci il yanvarın 28-dən qüvvədə olan 108 saylı Konvensiyaya uyğun formalaşdırır
Peter Kimpian: Azərbaycan şəxsi məlumatların müdafiəsi üzrə qanunvericiliyini 108 saylı Konvensiyaya uyğun formalaşdırır

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycan şəxsi məlumatların müdafiəsi üzrə qanunvericiliyini 1981-ci il yanvarın 28-dən qüvvədə olan 108 saylı Konvensiyaya uyğun formalaşdırır.

Trend-in məlumatına görə, bunu Avropa Şurasının məlumatların müdafiəsi qrupunun müşaviri Peter Kimpian “Rəqəmsal hüquq: şəxsi məlumatların müdafiəsi” adlı tədbirdə deyib.

O bildirib ki, həmin Konvensiya bütün ölkələrə şamil olunur və Azərbaycanla yanaşı 55 ölkə həmin sənədi imzalayıb.

P.Kimpianın sözlərinə görə, 2018-ci il oktyabrın 10-da Şəxsi məlumatların müdafiəsi barədə Avropa konvensiyasına dəyişikliklərin edilməsi barədə Protokol imzalanıb:

“Protokol imzalanması üçün bütün dövlətlərə, o cümlədən Avropa Şurası üzvü olmayan dövlətlər üçün açıqdır. Protokolun siyasi əhəmiyyəti yüksəkdir. Sənəddə şəxsi məlumatların müdafiəsinin beynəlxalq təminatı öz əksini tapıb ki, bu da qlobal rəqəmsallaşma şəraitində mühüm əhəmiyyət kəsb edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti